Stream şəbəkəsinə
qoşula biləcəyini yoxla
UniNet-dən pulsuz
istifadə şansı qazan!
Texniki dəstək (24x7)
(012) 493-07-07
(012) 537-07-00
(012) 488-77-77
E-mail:support@uninet.az
region-support@uninet.az
Qoşulma parametrləri:
Qoşulma növü - PPPoE
VPI = 0 VCI = 35
Username - ev telefonu
Password - ev telefonu
DNS 1 - 81.21.80.23
DNS 2 - 81.21.80.21
Modem düzəlişləri:
1. TP-Link
2. ZyXel
“Hörmətli abunəçi! “Data Plus” MMC sizinlə internet xidmətinin göstərilməsi haqqında bağlanmış müqavilə üzrə göstərdiyi xidmətləri təkmilləşdirmək, gələcəkdə geniş çeşidli və daha keyfiyyətli xidmətlər təqdim etmək üçün telekommunikasiya xidmətləri sahəsində daha yeni nəsil şəbəkəyə və texniki infrastruktura, marketinq təcrübəsinə malik olan “CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC ilə birgə əməkdaşlığa qərar vermişdir. Göstərilənlərə əsasən 23.06.2020-ci il tarixindən etibarən sizinlə “Data Plus” MMC arasındakı münasibətlər adları çəkilən hər iki şirkətin rəsmi internet səhifələrində (www.dataplus.az, www.citynet.az və www.uninet.az) yerləşdirilmiş “İnternet xidməti göstərilməsi haqqında abunə müqaviləsi”nin şərtlərinə uyğun tənzimlənəcəkdir. Bu dəyişiklik tarif paketlərinə və xidmətin göstərilməsi qaydalarına təsir etməyəcək və hazırkı bildirişin tarixindən sonra 10 (on) təqvim günü müddətində etirazınız daxil olmadığı təqdirdə tərəfimizdən göstərilən internet xidməti eyni şərtlərlə və qiymətlərlə təqdim ediləcəkdir. Xidmətin dəyərinin ödənilməsi zamanı “Data Plus” və ya “Uninet” loqosunu seçməyinizi xahiş edirik.
“3+1” kampaniyası ilə mövcud abunəçilərimiz İnternet və İPTV xidmətinə görə 3 ayın ödənişini əvvəlcədən etdikdə 4-cü ayı pulsuz istifadə edir. Kampaniya yalnız ev istifadəçilərinə şamil edilir.
Kampaniya 01.06.2020 dən - 01.09.2020 -qədər etibarlıdır
Hörmətli abunəçi, “Azerfon” MMC ilə “NarNet” istifadəçiləri arasında telekommunikasiya xidmətlərinin göstərilməsinə dair bağlanmış abunə müqaviləsinin 7.3-cü bəndində 31.03.2020-ci il tarixindən etibarən aşağıdakı dəyişikliklər ediləcək:
- 1.1-ci bənddən “internetə qoşulma” sözləri çıxarılacaq;
- 1.2-ci, 3.2-ci, 4.1.2-ci, 4.3.9-cu bəndlər ləğv ediləcək;
- 2.3-cü, 2.4-cü və 5.2-ci bəndlərdən “və internetə qoşulma” sözləri çıxarılacaq;
- 3.1-ci bənddən “və/və ya genişzolaqlı avadanlıqlar vasitəsilə” sözləri çıxarılacaq”.
31.03.2020-ci il tarixindən etibarən “Azerfon” MMC “NarNet” abunəçilərinə internetə qoşulma xidmətləri göstərməyəcək. İnternet xidmətlərinin təmin edilməsi üçün qeyd edilən tarixdən eyni şərtlərlə və qiymətlərlə internetə qoşulma xidmətləri üzrə öhdəlikləri “CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC həyata keçirəcək.
Hörmətli abunəçilər!
Nəzərinizə çatdırırıq ki, 1 mart 2018-ci il tarixindən Rəşid Behbudov 60a ünvanında yerləşən NEO Computers internet dükanında yerləşən ödəniş məntəqəsi bağlanacaq.
Abunəçilər aylıq ödənişlərini Lətif İmanov 37a ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) küçəsindəki mərkəzi ofisdə və Sarayevo küçəsi 20a (Bakı kinoteatrnın 1-ci mərtəbəsi) ünvanında yerləşən ofislərdə ödəyə bilərlər.
Bayram günlərində ofislərimizin iş qrafiki :
31 dekabr - 10:00 - 17:00
1 yanvar - istirahət günü
2 - 3 yanvar - 10:00 - 19:00
Texniki şöbə fasiləsiz olaraq 24 saat ərzində işləyir.
Artıq Stream abunəçiləri internet xidmətlərini MilliÖn elektron ödəniş terminallarından ödəyə bilərlər.
Bayram günlərində ofislərimizin iş qrafiki :
31 dekabr - 10:00 - 18:00
1 yanvar - 11:00 - 18:00
(Sahil metrosu yaxınlığındakı ofis işləməyəcək)
2 - 3 yanvar - 10:00 - 19:00
4 yanvar - 09:00 - 19:00
Texniki şöbə fasiləsiz olaraq 24 saat ərzində işləyir.
Uninet-dən pulsuz 2 ay internet hədiyyə əldə et.
Artıq Stream abunəçiləri internet xidmətini Rəşid Behbudov küç.60А (DNS Computers) ünvanında ödəyə bilərlər.
Hörmətli abunəçilər! Nəzərinizə çatdırırıq ki, 1 avqust 2015-ci il tarixindən Computex ("Sahil" parkı) internet dükanında yerləşən ödəniş məntəqəsi bağlanacaq.
Abunəçilər aylıq ödənişlərini Lətif İmanov 37a ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) küçəsindəki mərkəzi ofisdə və Sarayevo küçəsi 20a (Bakı kinoteatrnın 1-ci mərtəbəsi) ünvanında yerləşən ofislərdə ödəyə bilərlər.
Artıq Stream abunəçiləri internet xidmətlərini EasyPay elektron ödəniş terminallarından ödəyə bilərlər.
Hörmətli abunəçilər! Nəzərinizə çatdırırıq ki, 1 iyul 2014 tarixindən Xəqani küç.,13/10 ünvanında yerləşən ofis bağlanacaq.
Abunəçilər aylıq ödənişlərini Xəqani küç.,21 ünvanında yerləşən Computex mağazasında ("Sahil" parkı, "Bank Respublika" yaxınlığında) ödəyə bilərlər.
Artıq Stream abunəçiləri internet xidmətini Sarayevo küçəsi 20a ünvanında yerləşən ofisdə ödəyə bilərlər (Bakı kinoteatrı 1-ci mərtəbə).
Artıq Stream abunəçiləri internet xidmətini Xəqani küçəsi 21 -də yerləşən Computex mağazasında ödəyə bilərlər (Bank Respublika-nın yaxınlığında).
Hörmətli abonentlər, nəzərinizə çatdırırıq ki, 1 - fevral 2014-cü il tarixindən bütün abonentlər üçün statik - ip qiyməti aylıq 5 manat təşkil edəcək.
Bayram günlərində ofislərimizin iş qrafiki :
29 və 30- dekabr 10:00 - 18:30
31- dekabr - 11:00 - 17:00
1-yanvar - istirahət günü
2 - 5- yanvar - 11:00 - 19:00.
Texniki şöbə fasiləsiz olaraq 24 saat ərzində işləyir.
UniNet şirkəti ADSL - əhatə dairəsini genişləndirir və ATS - 453 (Buzovna qəsəbəsi) abonentləri üçün ADSL xidmətinə qoşulması barədə məlumat verir.
Hörmətli abunəçilər, pis hava şəraiti ilə əlaqədar UniNet ofisləri saat 10:00 dan 18:00 qədər işləyəcəkdir.
«UniNet» şirkəti bütün «Freedom», «Extream» və «Maxima» - kateqoriyalı tarif planlarında sürətin və trafikin artırılmasını elan edir.Həmçinin trafikli tarif planlarının ("Maxima" tarifindən başqa) və "NEO" tarif planları ləğv edilir. Verilen tarif planında olan abonentlər sürət saxlanılmaqla eyni abunə haqqı olan limitsiz "Freedom" tarif planlarına keçiriləcək. Ətraflı...
«UniNet» şirkəti tarif planından asılı olaraq bonus sürətlinin 5 mbit/san dən 24 mbit/san qədər artırılmasını elan edir.
Bonus sürətindən yararlanmaq üçün qoşulma nömrənizi bonus@stream.az elektron ünvanına göndərin.
Bizim texniklər xəttinizin maksimal sürət qəbul etmə qabiliyyətini araşdırdıqdan sonra sizinlə əlaqə saxlayıb məsləhət görülən sürətə qədər qaldıracaqlar.
«UniNet» şirkəti hamını yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edir və 15-sentyabr dan 1-oktyabr 2011 tarixinə qədər Dial-up kartları ilə internetə giriş pulsuz olacağını nəzərinizə çatdırır. İnternetə daxil olmaq üçün sadəcə istənilən istifadəçi adı və şifrəsini yazmağınız lazımdır.
Kampaniya müddəti ərzində hazırkı dial-up abonentləri «UniNet» ADSL xidmətinə qoşulub bir ay pulsuz internetdən istifadə edə bilər. Bunun üçün ofislərimizin birinə yaxınlaşıb istifadəçi adı, sifrənizi və sonuncu yüklənmiş kartı təqdim etməniz kifayətdir.
Artıq hər gətirdiyiniz aboentə görə siz onun tarif planından asılı olmayaraq bir ay pulsuz internetdən istifadə etmək şansı qazanırsınız. Dəyişikliklər 15 sentyabr 2011-ci il tarixindən qeydə alınır və yalnız ev istifadəçiləri üçün nəzərdə tutulur. Ətraflı...
«UniNet» şirkəti hamını «Ramazan» bayramı münasibəti ilə təbrik edir və bütün tarif planlarında 2 qat sürətin artırılmasını nəzərinizə çatdırır.
Uninet şirkəti ATS-490/496 abonentlərinə lazımı sürət keyfiyyətini təqdim edə bilmədiyi üçün 1-iyul 2011 ci il tarixindən həmin ATS ərazisində internet xidmətinin verilməsini dayandırır.Həmin ATS-in sahibi olan Ultel şirkəti kanalın verilən sürətinin artırılmasına şərait yaratmadığı üçün xidmət dayandırılır. Yuxarıda deyilənləri nəzərə alaraq Uninet şirkəti bütün ATS-490/496 abonentlərinə Ultel şirkətinin xidmətlərindən istifadə etməyi təklif edir.
ATS-438/439/510/537 rekonstruksiya işləri ilə əlaqədar nömrələrin 538/539 (və ya yeni nömrələrərinə) keçməsi ilə əlaqədar bütün nömrələrin abonentin nömrəsinin qeydə alındığı tarixdən 2-5 iş günü ərzində yenidən avadanlığa qoşulması yerinə yetiriləcəkdir.
Nömrənizi aduni@stream.az ünvanına göndərməyiniz və ya ofis nömrələrimizə zəng etməyiniz kifayətdir
Hörmətli abunəçilər!
Nəzərinizə çatdırırıq ki, 1 mart 2018-ci il tarixindən Rəşid Behbudov 60a ünvanında yerləşən NEO Computers internet dükanında yerləşən ödəniş məntəqəsi bağlanacaq.
Abunəçilər aylıq ödənişlərini Lətif İmanov 37a ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) küçəsindəki mərkəzi ofisdə və Sarayevo küçəsi 20a (Bakı kinoteatrnın 1-ci mərtəbəsi) ünvanında yerləşən ofislərdə ödəyə bilərlər.
Artıq Stream abunəçiləri internet xidmətlərini MilliÖn elektron ödəniş terminallarından ödəyə bilərlər.
Uninet-dən pulsuz 2 ay internet hədiyyə əldə et.
Copyright by UniNet 2004-2020 ©
E-mail: support@uninet.az
region-support@uninet.az