Qaydalar və şərtlər

1. Müqavilə tərəfinin dəyişdirilməsi
1.1. Müqavilə tərəfinin dəyişdirilməsi yalnız “Citynet” ticarət nişanı ilə tanınan “Uninet” MMC-nin (bundan sonra “Uninet”) 
cari abunəçisinin və yeni abunəçinin və ya onların səlahiyyətli nümayəndələrinin bu barədə əvvəlcədən verdiyi yazılı 
razılığı əsasında “Uninet”in müvafiq prosedurlarına uyğun olaraq mümkündür.
 
2. Tarif dəyişikliyi
 2.1. Tarif dəyişikliyi üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədlə
  “Uninet”in xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya Uninet tətbiqinin dəstək bölməsi 
  vasitəsilə müraciət edə bilər və əməliyyatın icrası “Uninet”in daxili prosedurlarına uyğun olaraq mümkündür.

3. Ödəniş şərtləri
 3.1. Xidmət ilkin olaraq Abunəçi tərəfindən ödəniş həyata keçirildikdən sonra aktivləşdirilir və 
 Tarifdə müəyyən olunan xidmət haqqı müqabilində aylıq əsasla təmin edilir. 
 3.2. Xidmət haqqı ödənişi xidmət aktivləşdirildiyi gün əsasında hər növbəti ayın müvafiq günü həyata keçirilməlidir (Ödəniş günü).
 3.3. Xidmət haqqı Ödəniş günündə ödənilmədikdə, 5 (beş) təqvim günü ərzində (güzəşt müddəti) xidmət məhdudlaşdırılmış 
 sürətlə verilir. Ödəniş Güzəşt müddəti ərzində edilmədikdə xidmətin verilməsi dayandırılır.
 3.4. Ödəniş güzəşt müddəti ərzində edilərsə, ödəniş günü dəyişməz olaraq qalır. Ödəniş güzəşt müddəti bitdikdən sonra həyata
  keçirildiyi halda isə ödəniş günü Ödənişin icra edildiyi faktiki gün əsasında müəyyən edilir və Xidmətdən bir aylıq 
  istifadə müddəti həmin tarixdən başlayır.

4. Ünvan dəyişikliyi
 4.1. Əməliyyat ödənişsiz icra olunur.
 4.2. Ünvan dəyişikliyi üçün növbəti ödəniş günündən 5 gün əvvəl abunəçi “Uninet”in əlaqə mərkəzinə, xidmət mərkəzlərinə 
 və ya sosial şəbəkələrin idarəetmə qrupuna müraciət edərək “Uninet” tərəfindən tələb olunan bütün zəruri məlumatları təqdim etməlidir 
 (dəyişən ünvanlar, abunəçinin istifadəsində “Uninet” tərəfindən təqdim edilmiş son avadanlıq olub-olmaması və sair).
 4.3. Əməliyyatın icrası “Uninet”in daxili prosedurlarına uyğun olaraq icra olunur.
 4.4 Abunəçinin cari ünvanında “Uninet” tərəfindən təqdim edilmiş son avadanlıq istifadə edilirsə,
  abunəçi həmin son avadanlığı yeni ünvanda istifadə edə bilər.

5. Texniki dəstək
5.1. “Uninet” abunəçinin müraciətinə əsasən, xidmətdə yaranmış texniki problemlərin mümkün qısa müddət ərzində aradan 
qaldırılması üçün tədbirlər görür. Abunəçinin xidmətlərdən istifadəsi ilə bağlı yaranmış texniki çətinlik birbaşa 
“Uninet”in fəaliyyətinin nəticəsində yaranarsa, çağırış və tənzimləmə üçün ödəniş tələb olunmur.
5.2. Texniki dəstəyin göstərilməsi üçün istifadəçi “Uninet”in əlaqə mərkəzi, xidmət mərkəzləri və ya 
Uninet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət edə bilər.
5.3. Texniki dəstəyin göstərilməsinə dair sifariş “Uninet” tərəfindən qəbul olunduqdan sonra aparılan
 araşdırma nəticəsində aşkar edilsə ki, texniki problem abunəçinin səhvi nəticəsində baş verib, texniki dəstəyin 
 göstərilməsi məqsədilə texniki heyətin hər çağırışı üçün xidmət haqqı 5 (beş) manat təşkil edir.
5.4. Abunəçinin kabel xəttində hər hansı səbəbdən qırılma və ya zədələnmə halları baş veribsə, xəttin bərpası üçün 
texniki heyətin hər çağırışı üçün xidmət haqqı 10 (on) manat təşkil edir.
5.5. “Uninet” tərəfindən abunəçinin istifadəsinə verilmiş son avadanlığın təmiri ödənişli qaydada Abunəçinin vəsaiti 
hesabına həyata keçirilir. Son avadanlığın təmiri mümkün olmadıqda, son avadanlıq yenisi ilə əvəz edilmir.
 
6. Dayandırılmış xidmətin abunəçinin müraciəti əsasında bərpası (“Bərpa əməliyyatı”)
6.1. Bərpa əməliyyatı üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədlə xidmət mərkəzləri, 
həmçinin əlaqə mərkəzi və ya Uninet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət edə bilər.
6.2. Bərpa əməliyyatı üçün abunəçinin ünvanında texniki dəstəyin göstərilməsinə ehtiyac olmazsa, abunəçi tərəfindən 
yalnız abunə haqqı ödənildikdən sonra xidmət bərpa edilir. 
6.3. Bərpa əməliyyatına dair müraciət qəbul olunduqdan sonra aparılan araşdırma nəticəsində aşkar edilsə ki, bərpa 
əməliyyatı üçün texniki heyət abunəçinin ünvanında müvafiq işlər aparmalıdır, bu məqsədilə texniki heyətin çağırışı 
və (və ya) texniki heyətin çağırışı kabel çəkilməsi üçün 27.01.2024-ci il tarixindən etibarən ödənişsizdir.
6.4. Əgər bərpa əməliyyatı abunəçinin ünvanında həyata keçirilirsə, o zaman abunəçi “Uninet”in texniki heyətinə
 öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
6.5. Bərpa əməliyyatı bu barədə müraciət “Uninet”ə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində həyata keçirilir. 

7. Müvəqqəti dayandırma
7.1. Abunəçi “Uninet” tərəfindən təqdim edilən xidmətlərdən istifadəni müvəqqəti olaraq dayandırmaq üçün 
şəxsiyyətini təsdiq edən sənədlə “Uninet”in xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya Uninet 
tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət edə bilər.
7.2. Xidmətlərin müvəqqəti dayandırma müddəti ən azı 1 (bir) ay, ən çoxu isə 4 ay müddəti üçün ola bilər.
7.3. Xidmətlərin müvəqqəti dayandırılması üçün haqq aylıq 1 (bir) manat təşkil edir.

8. Xidmətlərin ləğv edilməsi
8.1. Müqaviləyə xitam verildikdə, Müqavilənin 11.4-cü maddəsinə əsasən “Uninet” tərəfindən Abunəçinin istifadəsinə 
verilmiş avadanlıqlar “Uninet”in www.Uninet.com.az ünvanlı rəsmi internet səhifəsində müəyyən edilən Qaydalara 
uyğun olaraq, Müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günü ərzində Abunəçi tərəfindən 
“Uninet”ə qaytarılmalıdır və ya bu öhdəliyi pozduğuna görə, avadanlıqların qaytarılması üçün müəyyən edilmiş 
20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonrakı 5 (beş) təqvim günü ərzində Qaydalara əsasən müəyyən 
edilmiş məbləğdə Abunəçi tərəfindən “Uninet”ə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyini icra etmədikdə,
 “Uninet” Abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqi 
 tədbirlər görmək hüququna malikdir.
    
content image

Qeyd: Abunəçiyə istifadə müddəti ərzində müxtəlif səbəblərdən yenidən istifadə üçün avadanlıq
 təqdim olunarsa, abunəçi tərəfindən müqaviləyə xitam verildiyi zaman abunəçi avadanlığın amortizasiya cədvəlinə 
 uyğun müəyyən edilmiş cərimə məbləğinin 50 faizini ödəməlidir. Bu müddət avadanlıq təqdim olunan tarixdən hesablanır.
 
9. Kampaniyalardan istifadə
9.1. Abunəçi eyni zamanda yalnız bir kampaniyanın istifadəçisi ola bilər. 
9.2. "Uninet” tərəfindən müvafiq kampaniyalar çərçivəsində və ya kommersiya strategiyasından irəli gələrək vaxtaşırı 
abunəçilərə təqdim olunan xüsusi tariflər bir qayda olaraq qoşulmadan sonrakı bir il və ya daha uzun müddət üçün təklif
 edilir. Bu müddətlərdən sonra abunəçilər üzrə münasibətlər həmin anda mövcud olan baza tarifinin şərtləri ilə tənzimlənir.